Küçəyə çıxan COVID-19 xəstələri evə qaytarıldı

Küçəyə çıxan COVID-19 xəstələri evə qaytarıldı
  11 Dekabr 2020    Oxunub:2291
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk edib, 2 rayon sakini - Z.Qarayev və E.Salmanov müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Beyləqan   Koronavirus  





Xəbər lenti