Samux və Şamaxı sakinlərindən tüfəng götürülüb

Samux və Şamaxı sakinlərindən tüfəng götürülüb
  11 Dekabr 2020    Oxunub:1491
Samux və Şamaxı sakinlərindən qanunsuz odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Şamaxı polisi tərəfindən keçirilən əməliyyat zamanı Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan “Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Samux   Şamaxı   Silah  





Xəbər lenti