Karantini pozan çay evi aşkarlandı, saxlanılanlar var
Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib.
Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə aparılıblar. Onlar barəsində inzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: Çay-evi Abşeron Karantin