Ev heyvanlarını gəzdirmək məsələsinə aydınlıq gətirildi

 Ev heyvanlarını gəzdirmək məsələsinə aydınlıq gətirildi
  12 Dekabr 2020    Oxunub:2523
Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi üçün SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

Azvision.az


Teqlər: Ev-heyvanı   Gəzdirmək  





Xəbər lenti