Maska taxmayan koronavirus xəstəsi saxlanıldı - VİDEO

Maska taxmayan koronavirus xəstəsi saxlanıldı -    VİDEO
  12 Dekabr 2020    Oxunub:1716
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları 34 yaşlı Rəşad Əhmədovu Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.



Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Koronavirus   Xəstə   Polis  





Xəbər lenti