TƏBİB Koordinasiya Qrupu yaratdı

TƏBİB Koordinasiya Qrupu yaratdı
  14 Dekabr 2020    Oxunub:1007
TƏBİB-in rəhbər heyəti ilə “Türkiyə Acil Tıp Derneği”nin (TATD) rəhbər heyəti arasında videokonfrans formatında görüş keçirilib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev qarşı tərəfə TƏBİB-in yaradılması, onun əsas vəzifə və məqsədləri, hazırkı fəaliyyəti və gələcək planları barədə geniş məlumat verib.

Bundan başqa, təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) sahəsində Azərbaycanda olan mövcud vəziyyət və TƏBİB tərəfindən həyata keçirilməsi planlaşdırılan zəruri islahatlar barədə TATD nümayəndə heyətinə ətraflı məlumat verilib, Türkiyə və inkişaf etmiş ölkələrdəki fundamental təcili tibbi yardımın təşkilinin metodları, strategiyası müzakirələr edilmiş, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Türkiyə tərəfinin nümayəndə heyətinin rəhbəri TATD sədri Süleyman Türedi isə öz növbəsində Dərnək haqqında Azərbaycan tərəfinə təqdimat verib. Türedi Azərbaycandakı səhiyyə sistemində aparılan islahatlara töhfə vermək məqsədilə TTTYX-nın qurulması, təşkili, kadr potensialının hazırlanması və inkişaf etdirilməsi üçün qarşılıqlı razılaşma əsasında TATD tərəfindən TƏBİB-ə zəruri dəstəyin göstərilməsinə hazır olduğunu və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə öz təkliflərini bildirib.

Tədbirin sonunda hər iki tərəf görüşdən məmnunluq hissini ifadə edib və əldə edilmiş razılaşmaya əsasən qurumlar arasında qarşılıqlı əməkdaşlığın rəsmi həyata keçirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Azvision.az


Teqlər: TƏBİB   Qrup  





Xəbər lenti