Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb

Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb
  15 Dekabr 2020    Oxunub:1988
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.

Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib. Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti