Axtarışda olan 55 nəfər saxlanılıb

Axtarışda olan 55 nəfər saxlanılıb
  15 Dekabr 2020    Oxunub:1289
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 10 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti