Soyğunçuluq etdi, digər cinayətləri də üzə çıxdı

Soyğunçuluq etdi, digər cinayətləri də üzə çıxdı
  15 Dekabr 2020    Oxunub:985
Yasamalda soyğunçuluq edən şəxsin digər cinayətləri müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşları apardıqları əməliyyat tədbirləri nəticəsində soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Behbudovun Binəqədi rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 nəfərin çantalarından içərisində pul və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti