Sumqayıt sakinindən tapança götürülüb

Sumqayıt sakinindən tapança götürülüb
  15 Dekabr 2020    Oxunub:1574
Sumqayıt şəhər sakininə məxsus avtomobildən pnevmatik tapança götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəhər polis idarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.

Ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı oradan “MP-654 K Cal” markalı pnevmatik tapança aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Tapança  





Xəbər lenti