ÜST rəsmisi: "Tibb işçilərinin çatışmazlığı müşahidə edilir"

      ÜST rəsmisi:    "Tibb işçilərinin çatışmazlığı müşahidə edilir"
  16 Dekabr 2020    Oxunub:1306
Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası dekabrın 8-12-də ÜST-nin missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər edib.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Səfərin nəticələri barədə danışan H.Harmancı qeyd edib ki, ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər.

“Təcili tibbi yardım maşınları COVİD-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyir. Yoluxma sayının artması hər kəsi narahat edir. Missiyanın əsas nəticələri ondan ibarətdir ki, ümumi əhali üçün psixo və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün azaldılması üçün yoluxma sayının artırılmasını dayandırmaq, tibb işçilərinin qorunması və s.”.

H.Harmancı əlavə edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardımını davam etdirəcək.

H.Harmancı bildirib ki, pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib. O qeyd edib ki, bəzi tibb müəssisələrində tibb işçilərinin çatışmazlığı müşahidə edilir.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti