"Azərişığ"ın 5 əməkdaşı Vətən müharibəsində şəhid olub

"Azərişığ"ın 5 əməkdaşı Vətən müharibəsində şəhid olub
  16 Dekabr 2020    Oxunub:1628
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində iştirak edən 3 061 hərbi qulluqçunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi ilə bağlı sərəncama əsasən, təltif edilənlər arasında “Azərişıq” ASC-nin 5 əməkdaşı var.
Azvision.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

"Ali Baş Komandanımızın qiymətləndirdiyi şəhid əməkdaşlarımız İbrahimov Atiq Ariz oğlu, Məmmədov Murad Yusif oğlu, Həbibi Şəhriyar Vidadi oğlu, Həsənli Elçin Vaqif oğlu və Hüseynli Əliheydar Səlahəddin oğludur. Məlum sərəncamı müzəffər Ali Baş Komandanımızın şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsidir.
Çoxminlik “Azərişıq” ailəsi adından bu nəcib əməllərinə görə ölkə prrezidentinə təşəkkür edirik", - deyə qeyd olunub.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində “Azərişığ"ın 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Azvision.az


Teqlər: Azərişıq   Şəhid  





Xəbər lenti