Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə obyektin sahibi də daxil olmaqla, ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.