Postlardan 1607 maşın geri qaytarılıb

 Postlardan 1607 maşın geri qaytarılıb
  17 Dekabr 2020    Oxunub:1252
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, 2020-ci ilin dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1 607 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub:

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan bir daha tətbiq edilən izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edirik".

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti