Qubada yol qəzası - Xəsarət alanlar var

Qubada yol qəzası -    Xəsarət alanlar var
  17 Dekabr 2020    Oxunub:1077
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Quba rayonu ərazisində “Opel” və “LADA” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan hər iki sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Qəza  





Xəbər lenti