Bakıda oğurlanan maşın Ağsuda tapıldı

Bakıda oğurlanan maşın Ağsuda tapıldı
  17 Dekabr 2020    Oxunub:1659
Nərimanov rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə dekabrın 13-nə keçən gecə rayon ərazisində Bakı şəhər sakini V.Almazlıya məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Rayon polis idarəsinin 17-ci və Ağsu rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Ağsu şəhəri ərazisində aşkarlanıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini R.Səlimov polis əməkdaşları tərəfindən saxlanılıb, digər bir nəfər isə müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti