Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu
  18 Dekabr 2020    Oxunub:1511
Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti