“Mercedes”in vurduğu piyada ölüb

“Mercedes”in vurduğu piyada ölüb
  18 Dekabr 2020    Oxunub:1080
Paytaxtın Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada həlak olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayonun Bakıxanov qəsəbəsində yolu keçən şəhər sakini Eldar Heydərov X.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti