Polis daha iki koronaviruslu xəstəni aşkarlayıb

Polis daha iki koronaviruslu xəstəni aşkarlayıb
  18 Dekabr 2020    Oxunub:1440
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər aktiv koronavirus daşıyıcısı aşkarlanıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı rayonunun Hacıtəpə kənd sakini M.Şükürlü və Astara rayonunun Pensər kənd sakini F.Zəkəriyayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar Masallı şəhərinin giriş hissələrində qurulmuş stasionar postlarda müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti