Gizli işləyən restoranın icarədarı və müştəriləri cərimələndi

Gizli işləyən restoranın icarədarı və müştəriləri cərimələndi
  19 Dekabr 2020    Oxunub:1721
Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Nadir Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.

Azvision.az


Teqlər: Restoran   Cərimə   DİN  





Xəbər lenti