Axtarışda olan 128 nəfər saxlanıldı

 Axtarışda olan 128 nəfər saxlanıldı
  19 Dekabr 2020    Oxunub:2204
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   Axtarış   DİN  





Xəbər lenti