Bərdədə 510 abonentin qazı kəsilib

Bərdədə 510 abonentin qazı kəsilib
  21 Dekabr 2020    Oxunub:1155
Bərdədə 510 abonentin təbii qaz təminatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, dekabrın 21-də Bərdə rayonu ərazisində yerləşən Otuzikilər kəndinin bir hissəsini təbii qazla təmin edən diametri 76 millimetr olan qaz xəttini minik avtomobili ilə vuraraq zədələyiblər.

Nəticədə 510 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Azvision.az


Teqlər: Qaz   Bərdə  





Xəbər lenti