Ucarda maşın beton dirəyə çırpılıb, 2 nəfər ölüb

Ucarda maşın beton dirəyə çırpılıb,    2 nəfər ölüb
  22 Dekabr 2020    Oxunub:1149
Ucar rayonunun Alpı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı beton dirəyə çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Maşın  





Xəbər lenti