Daha 21 COVID-19 xəstəsinə cinayət işi açılıb

Daha 21 COVID-19 xəstəsinə cinayət işi açılıb
  22 Dekabr 2020    Oxunub:1884
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti