Pambıq sexində bədbəxt hadisə: İşçinin əli amputasiya olundu
Aparılan araşdırmalarla müəyyən edilib ki, “MKT İK” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev qeyd edilən tarixdə işlək vəziyyətdə olan mahlıc təmizləyici “Kliner” adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil edib, həmin vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin 1/3 hissəsini amputasiya edib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Azvision.az
Teqlər: Prokurorluq Sabirabad