Şəkidə karantin reydləri davam edir

Şəkidə karantin reydləri davam edir
  22 Dekabr 2020    Oxunub:2242
Şəki rayonu ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət olunması məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, reydlər zamanı Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır, sərt karantin rejiminin tələb və tövsiyələri onların diqqətinə çatdırılır.

Bankomatların qarşısında və böyük marketlərdə, xüsusilə də kassaların önündə sosial məsafənin saxlanılmasına, satıcı və alıcıların tibbi maskalardan istifadə etməsinə ciddi nəzarət olunur. İctimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlandıqda, onlar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.

Eyni zamanda, sakinlərlə fərdi profilaktik söhbətlər aparılır, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri onlara izah olunur.

Azvision.az



Teqlər: DİN   Reyd  





Xəbər lenti