Bakıda qəza: Aeroport yolunda tıxac yarandı

 Bakıda qəza: Aeroport yolunda tıxac yarandı
  23 Dekabr 2020    Oxunub:1471
Bakıda Heydər Əliyev prospekti - hava limanı yolunda qəza baş verib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub: "Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq".

Azvision.az


Teqlər: BNA   Qəza  





Xəbər lenti