Qadından 3,2 kq heroin götürüldü

Qadından 3,2 kq heroin götürüldü
  23 Dekabr 2020    Oxunub:1308
Bakıda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyevanın yaşadığı mənzilə baxış zamanı 3 kiloqram 200 qrama yaxın heroin, 814 qramdan artıq metamfetamin, metadon və 2 ədəd elektron tərəzi aşkar edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti