Koronavirus xəstəsi karantin postunda saxlanıldı

Koronavirus xəstəsi karantin postunda saxlanıldı
  23 Dekabr 2020    Oxunub:1457
Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən “Kia” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, sürücü-Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib. Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

F.Əliyev barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Karantin   Post  





Xəbər lenti