78 yaşlı kişi evində yanaraq ölüb

78 yaşlı kişi evində yanaraq ölüb
  24 Dekabr 2020    Oxunub:1404
Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti