Bakıda ağır qəza, yaralılar var

Bakıda ağır qəza, yaralılar var
  25 Dekabr 2020    Oxunub:1550
Bakı şəhərinin Yasamal rayonunda “Ravon” markalı minik avtomobili yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti