Tovuzda ağır qəza, ölən var

Tovuzda ağır qəza, ölən var
  25 Dekabr 2020    Oxunub:1190
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəhər ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti