Daha 13 COVID-19 xəstəsinə cinayət işi açıldı

Daha 13 COVID-19 xəstəsinə cinayət işi açıldı
  26 Dekabr 2020    Oxunub:1455
COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 13 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti