Yüzlərlə maşın postlardan qaytarıldı, 2219 nəfər cərimələndi

Yüzlərlə maşın postlardan qaytarıldı,  2219 nəfər cərimələndi
  26 Dekabr 2020    Oxunub:1664
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin dekabrın 25-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1959 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd edilən müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2219 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk", - məlumatda bildirilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti