Evdən 86 yaşlı kişinin meyiti tapıldı

Evdən 86 yaşlı kişinin meyiti tapıldı
  26 Dekabr 2020    Oxunub:854
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə,hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Siderenko Georgiy Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Meyit  





Xəbər lenti