DİN: "Borclu şəxs kimi axtarılan 39 nəfər saxlanılıb" |
Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir. Həmçinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dənizin sahil hissələrindən balıqqulağı, dəniz qumları, çay kənarlarından çınqıl daşları, həmçinin dənizin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da ciddi mübarizə tədbirləri davam etdirilir. Bununla yanaşı idarənin xidməti əraziləri olan “Qızılağac”, “Sarısu” və digər dövlət qoruqlarında baş verə biləcək neqativ halların qarşısını almaq üçün də ayıq-sayıq xidmət təşkil edilib.
Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.
Azvision.az