Bərbər virusa yoluxsa da, işə çıxdı

Bərbər virusa yoluxsa da, işə çıxdı
  26 Dekabr 2020    Oxunub:1398
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, Füzulidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini İ. Səfərovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edib bərbərlik fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib.

Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb. Füzuli RPŞ-nin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Füzuli  





Xəbər lenti