Maşından 10 min manat oğurlayanlar tapıldı

Maşından 10 min manat oğurlayanlar tapıldı
  26 Dekabr 2020    Oxunub:1540
Abşeron rayonu ərazisində avtomobildən pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” markalı avtomobildən 10 000 manat oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev və F.Hacıyev müəyyən edilərək saxlanıllblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti