Bulvarda dənizə düşən şəxs xilas edildi

Bulvarda dənizə düşən şəxs xilas edildi
  26 Dekabr 2020    Oxunub:1502
Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Bulvar   Dəniz  





Xəbər lenti