Lənkəranda mənzildən qadın meyiti tapıldı

Lənkəranda mənzildən qadın meyiti tapıldı
  26 Dekabr 2020    Oxunub:1322
Lənkəranda mənzildən meyit tapılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Cəlalova Dilarə Fərəc qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Lənkəran   Mənzil  





Xəbər lenti