28 yaşlı gənc yol qəzasında həlak oldu

28 yaşlı gənc yol qəzasında həlak oldu
  27 Dekabr 2020    Oxunub:2716
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Sadıxov Rəvan Natiq oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Yol   qəza  





Xəbər lenti