Xaçmazda yanğın: 5 nəfər təxliyə edildi

 Xaçmazda yanğın:  5 nəfər təxliyə edildi
  28 Dekabr 2020    Oxunub:1618
Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti