Salyanda dəşhətli cinayət: Qızını öldürən ata intihar etdi

    Salyanda dəşhətli cinayət:    Qızını öldürən ata intihar etdi
  28 Dekabr 2020    Oxunub:2010
Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Salyan rayonunun Babazənan yaşayış massivində baş verib.

Babazənan sakini, 1968-ci il təvəllüdlü Məzahim Qurbanov ailə münaqişəsi zəmnində qızı Rəvanə Qurbanovanı odlu silahla atəş açaraq qətlə yetirib.

Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı Slayan rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: Salyan   Qətl  





Xəbər lenti