26 yaşlı gənc yol qəzasında öldü

26 yaşlı gənc yol qəzasında öldü
  29 Dekabr 2020    Oxunub:1945
Şəmkir rayonunun Könüllü kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti