“Oğluma mənim adımı qoyarsınız” deyən şəhidin arzusu çin oldu

“Oğluma mənim adımı qoyarsınız” deyən  şəhidin arzusu çin oldu
  29 Dekabr 2020    Oxunub:5913
Vətən Müharibəsində şəhid olmuş Şahin Hüseynbala oğlu Allahyarovun oğul övladı dünyaya gəlib.
Azvision.az xəbər verir ki, bu gün şəhidin son arzusu yerinə yetirilib, üzünü görmədiyi övladına onun şərəfinə Şahin adı qoyulub.

Qeyd edək ki, Şahin Allahyarov Qubanın Zizik kəndində boya-başa çatıb. O, könüllü ordu sıralarına yazılaraq Vətən müharibəsində iştirak edib. Döyüşlərdə böyük şücaət göstərən Ş.Allahyarov şəhidlik zirvəsinə yüksəlib.

O, ölümündən əvvəl özünü videoya çəkərək "oğlum olarsa, ona mənim adımı qoyarsınız", - deyə son arzularını bildirmişdi.

Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti