Qızını öldürən ata ilə bağlı rəsmi məlumat

Qızını öldürən ata ilə bağlı rəsmi məlumat
  29 Dekabr 2020    Oxunub:1787
Salyanda qətl törədən şəxsin evindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, ötən gün Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə məlumat daxil olub

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb. Araşdırma davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti