“Evə çata bilmirdim, sükan əlimdən çıxırdı” - Şəhid atası (VİDEO)

“Evə çata bilmirdim, sükan əlimdən çıxırdı” -  Şəhid atası (VİDEO)
  30 Dekabr 2020    Oxunub:1871
“Özümdən asılı olmayaraq, məndə elə bir hiss – həyəcan yarandı ki, evə çata bilmirdim, sükan əlimdən çıxırdı. Sonra gördüm ki, uşaqlar hamısı bizim qapının ağzında bayraq asırlar”.
Azvision.az xəbər verir ki, bunu şəhid Ceyhun Nəhmətovun atası Ehtiqad Nəhmətov deyib.

Şəhidin qardaşı Elnur Nəhmətzadə deyir ki, Ceyhun maşın həvəskarı idi: “Maşın sürməyi də ona mən öyrətmişdim. Əgər onu bir anlıq görmək şansım olsaydı, “Getmə” deyərdim”.

Nərgiz Həsənova isə şəhid nişanlısı barədə bildirib: “Demişdim ki, biz nənə-baba olana qədər bu gündəliyi yazacam. Amma, qismət… Ceyhunla tanış olduğum gündən ta şəhid olana qədər hər şeyi yazdım. Aparıb məzarı üstünə qoydum ki, heç olmasa orda oxusun”

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin şəhid baş leytenantı Ceyhun Nəhmətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə, “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

26 yaşlı şəhid Ceyhun Nəhmətovun hekayəsini təqdim edirik:



Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti