Goranboyda gizli fəaliyyət göstərən çayxana aşkarlandı

Goranboyda gizli fəaliyyət göstərən çayxana aşkarlandı
  30 Dekabr 2020    Oxunub:1012
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Səfikürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi- Şəmməd Məmmədov və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Azvision.az


Teqlər: DİN   Gəncə   Karantin   Kafe  





Xəbər lenti