Borca görə axtarışda 75 nəfər tutuldu

Borca görə axtarışda 75 nəfər tutuldu
  30 Dekabr 2020    Oxunub:1382
Ötən gün ərzində törədilmiş 14 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti