Qanunsuz ov edən daha 6 nəfər saxlanıldı

Qanunsuz ov edən daha 6 nəfər saxlanıldı
  30 Dekabr 2020    Oxunub:1225
Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb.

Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti